22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Antalyada 23 saat davam edən təxliyə işləri başa çatıb

13-04-2024

Türkiyənin Antalya vilayətində baş verən kanat xətti qəzası nəticəsində kabinələrdə qalan vətəndaşların təxliyəsi başa çatdırılıb.

Fhnews.az xəbər verir ki, 23 saat davam edən təxliyə işləri üçün bölgəyə Türkiyənin müxtəlif qurumlarının 543 nəfərlik axtarış-xilasetmə qrupları, səksən nəfərlik alpinist heyəti eləcə də, bir hərbi karqo təyyarəsi, yeddi helikopter, 108 xüsusi avtomobil, altı ambulans və çoxlu sayda dron cəlb edilib.

Yaralananlar xüsusi helikopterlərlə xəstəxanalara çatdırılıblar.

Türkiyənin ədliyyə naziri Yılmaz Tunç hadisə ilə bağlı tədqiqatın başlandığını, kanat xəttini işlədən və təmirindən məsul şəxslərin də aralarında olduğu 13 nəfərin saxlanılmasına qərar verildiyini deyib.

Xatırladaq ki, aprelin 12-də Türkiyənin Antalya vilayətinin Konyaaltı bölgəsində kanat xəttinin dirəklərindən birinin aşması nəticəsində xəttin kabinələrindən biri qayalıq əraziyə düşüb. Hadisə zamanı bir nəfər həlak olub, on nəfər yaralanıb.

Paylaş: