ANAMA: Ötən həftə 1245 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən aprelin 22-dən 28-dək icra edilən minatəmizləmə əməliyyatlarına dair məlumatı açıqlayıb.
Fhnews.az xəbər verir ki, ANAMA-dan verilən məlumata görə, ötən həftə Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Xocavənd, Laçın, Şuşa, Füzuli, Qubadlı, Cəbrayıl və Zəngilan ərazilərində aparılmış minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 59, tank əleyhinə 100 mina və 380 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.
Ötən həftə ərzində 1245 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib.
Braziliya rəsmisi: Meşələrin qorunması...
Qətər rəsmisi: Azərbaycanla əlaqələr...
Audiovizual Şura platforma...
COP29-da Ermənistanın ərazilərimizdə...
COP29 çərçivəsində SPECA İqlim Ağıllı...