23 noyabr 2024, şənbə Bakı, 13°C
IMG-LOGO

Əmanətlərin Sığortalanması Fondu “Bank of Azerbaijan”ın kreditorlarına müraciət edib

25-05-2024
IMG

Əmanətlərin Sığortalanması Fondu (ƏSF) ləğv prosesində olan “Bank of Azerbaijan” ASC-nin kreditorlarına müraciət edib.

Fhnews.az Fonda istinadən xəbər verir ki, "Banklar haqqında" Azərbaycan Respublikası Qanununun 82.1.5-ci maddəsinə əsasən bankın müflis elan olunmasına dair məhkəmə qərarının qəbul edildiyi tarixdən əvvəlki altı aydan çox olmayan dövr üçün ödənilməli müavinətlərin, əməkhaqlarının verilməsi haqqında bankın işçilərinin və keçmiş işçilərinin tələbləri üzrə ödəniş mayın 29-dan etibarən başlanacaqdır.

Tələblərin ödənişi nağdsız qaydada həyata keçiriləcəkdir. Kreditorlardan xahiş olunur ki, tələblərin ödənişi ilə bağlı Əmanətlərin Sığortalanması Fonduna müvafiq sənədləri (bank rekvizitləri əlavə edilməklə) təqdim etməklə müraciət etsinlər.

Ünvan: Bakı şəhəri, Babək prospekti 16, ƏSF-nin inzibati binası.

Qaynar xətt əlaqə nömrəsi: 941

Paylaş: