Alimlər səs dalğaları ilə rifləri canlandırmağa çalışırlar
Avstraliyalı elm adamları dənizin temperaturunun yüksəlməsi və bir çox ətraf mühit faktorları nəticəsində zədələnmiş qayaları səs dalğaları ilə canlandırmağa və zənginləşdirməyə çalışırlar.
“ABC News”un məlumatına görə, Avstraliya Tibb və Klinik Alimlər İnstitutu "Reef Song" adlı eksperimental tədqiqat layihəsi çərçivəsində səs dalğalarından istifadə edərək ətrafdakı dəniz canlılarının diqqətini cəlb etməyə çalışır.2021-ci ildən Avstraliyanın qərbindəki Ningaloo rifində və Kərtənkələ adasının Böyük Baryer rifində aparılan işlər çərçivəsində riflərin döşəmələrinə səs dalğaları yayan dinamiklər yerləşdirilib.
Araşdırmada sağlam rif ekosistemlərinin yaratdığı səs dalğalarından balıq və digər dəniz canlılarını qlobal istiləşmə və insan faktorları ilə zədələnmiş qayalıqlarda yaşamağa cəlb etmək üçün istifadə edilib.Araşdırmanın aparıcı tədqiqatçısı Rohan Brooker layihə çərçivəsində bu dinamiklərin mövsümə və ekosistemə uyğun səs dalğalarını yayımladığını izah edib.Araşdırmanın 2025-ci ildə başa çatdırılması planlaşdırılır.
Fatih Sultan Mehmet körpüsü mavi rənglə...
Filippində Kanlaon vulkanı püskürüb...
Egey dənizində 4,9 bal gücündə zəlzələ...
İstanbulda 3,8 bal gücündə zəlzələ baş...
Çin rabitə texnologiyalarını sınamaq...