Alimlər nanokompozitlərin ağız boşluğu xəstəliklərinin müalicəsində istifadə perspektivlərini araşdırırlar
Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsinin dekanı professor Afət Məmmədovanın həmmüəllifi olduğu “Efir yağları əsasında biokompozitin tədqiqi: ağız boşluğunun bakterial səthinin inhibə edilməsində molekulyar dokinq və in vitro analizləri“ (Exploring essential-oil based bio-composite: molecular docking, and in vitro analysis for oral bacterial biofilm inhibition) adlı məqalə “Web of Science” bazasında Q2 kvartilli (IF: 4.8) “Frontiers in Chemistry” jurnalında dərc olunub.
Fhnews.az xəbər verir ki, BDU-dan verilən məlumata görə, ağız boşluğundakı bakterial biotəbəqələr antimikrob preparatlara qarşı müqavimətin inkişafının əsas səbəbidir. Bu da periodontit və gingivit də daxil olmaqla ağır xəstəliklərə səbəb ola bilər. Tədqiqat işində efir yağları əsasındakı nanokompozitlərin bu xəstəliklərin müalicəsində perspektiv metod olduğu göstərilib. Məqalədə hil, mixək və darçından əldə edilən efir yağları əsasında nanokompozitlərin ağız boşluğundakı bakterial infeksiyaların müalicəsində istifadə oluna biləcəyi qeyd edilib.
Dayanıqlı İnkişaf Məqsədləri və...
Burkina Fasonun nümayəndə heyəti...
Dövlət Gömrük Komitəsi xidmətə qəbul...
Bu gün Ümumdünya Fəlsəfə Günüdür...
Türkiyənin media mənsubları Ədəbiyyat...