Alimlər döş xərçənginin inkişafını izləmək üçün yeni üsul tapıblar
Madrid III Karlos Universitetinin (İspaniya) və Con Hopkins Universitetinin (ABŞ) alimləri döş xərçəngi riskini qiymətləndirə bilən yeni hesablama modeli hazırlayıblar.
Fhnews.az xəbər verir ki, bu barədə tədqiqat “Acta Biomaterialia” jurnalında dərc olunub.
Qeyd edilir ki, yeni hesablama modeli döş xərçənginin xassələrini - sərtliyini, sıxlığını və spesifik mikromühitini təhlil etməklə şişin böyüməsi ehtimalını proqnozlaşdırır. Şiş mikromühiti şişi əhatə edən, adətən qeyri-şiş hüceyrələrindən və onların istehsal etdiyi molekullardan ibarət olan fərqli ekosistemdir.
Alimlər izah ediblər ki, şişin böyüməsi prosesi onun adətən fibrilyar matrisdən (məsələn, kollagen) ibarət olan ətraf toxuma vasitəsilə yayılmasını nəzərdə tutur. Şişin ölçüsü şiş hüceyrələrinin ümumi sayı, həcmi, sərtliyi və qida maddələrinə çıxış imkanları kimi bir çox amillərdən asılıdır.
Tədqiqatçılar hüceyrə modelləşdirməsindən istifadə edərək, bir sıra əlavə araşdırma aparıblar. Bu, elm adamlarına şiş toxumasının xərçəng hüceyrələrinin yayılmasına necə təsir etdiyini başa düşməyə imkan verib. Tədqiqatçılar qeyd ediblər ki, şişin inkişafı döş xərçənginin hərtərəfli diaqnostikasının bir hissəsi ola və müalicənin sürətləndirilməsinə töhfə verə bilər.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...