Əlcəzair və Venesuelanın enerji şirkətləri anlaşma memorandumu imzalayıb
Əlcəzairin və Venesuelanın dövlət enerji şirkətləri “Sonatrach” və “PDVSA” arasında iki anlaşma memorandumu imzalanıb.
Fhnews.az Sinxua agentliyinə istinadla xəbər verir ki, memorandumun məqsədi karbohidrogenlərin və neft-kimya məhsullarının kəşfiyyatı, hasilatı, eləcə də neft və qaz sənayesində texniki xidmətə yönələn şirkətlər arasında əməkdaşlığı genişləndirməkdir.
Həmçinin saziş çərçivəsində “Sonatrach” şirkətinin nəzarəti altında Əlcəzair Neft İnstitutu vasitəsilə karbohidrogenlərlə əlaqəli sahələrdə Venesueladakı texniki mühəndislərin təlimi həyata keçiriləcək.
Fatih Sultan Mehmet körpüsü mavi rənglə...
Filippində Kanlaon vulkanı püskürüb...
Egey dənizində 4,9 bal gücündə zəlzələ...
İstanbulda 3,8 bal gücündə zəlzələ baş...
Çin rabitə texnologiyalarını sınamaq...