Əlcəzair Qəzzaya daha 162 ton humanitar yardım göndərəcək
Əlcəzairin Qızıl Aypara Cəmiyyəti Qəzza sektoruna daha 162 ton humanitar yardım göndərəcəyini açıqlayıb.
Fhnews.az Sinxua agentliyinə istinadla xəbər verir ki, yardım Əlcəzairdən Misirin Əl-Ariş hava limanına, oradan isə Rəfah keçid məntəqəsi vasitəsilə Qəzzaya daşınacaq.
Qeyd edək ki, Əlcəzairin Qızıl Aypara Cəmiyyəti həftənin əvvəlində Qəzza sektoruna 150 ton yardım göndərib.
BMT-nin Fələstinli Qaçqınlara Yardım üzrə Agentliyinin məlumatına görə, İsrail ordusunun blokadası və bombardmanları nəticəsində Qəzza sektorunda təxminən 2,35 milyon insan aclıqla üz-üzə qalıb.
Fatih Sultan Mehmet körpüsü mavi rənglə...
Filippində Kanlaon vulkanı püskürüb...
Egey dənizində 4,9 bal gücündə zəlzələ...
İstanbulda 3,8 bal gücündə zəlzələ baş...
Çin rabitə texnologiyalarını sınamaq...