Akademik İsa Həbibbəyli BMT nümayəndələri ilə görüşüb
AMEA-nın prezidenti akademik İsa Həbibbəyli ölkəmizdə səfərdə olan Birləşmiş Millətlər Təşkilatının (BMT) Sənaye İnkişafı Təşkilatının (UNİDO) nümayəndələri ilə görüşüb.
Fhnews.az xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının Sənaye İnkişafı Təşkilatının baş direktor müavini və icraçı direktoru, baş direktorun Afrika üzrə xüsusi nümayəndəsi Fatou Haidara və təşkilatın Avropa və Mərkəzi Asiya regional bürosunun qlobal tərəfdaşlıq və xarici əlaqələr üzrə rəhbəri Solomiya Omelianın iştirak etdikləri görüşdə Azərbaycan Milli Elmlər Akademiyasının beynəlxalq əlaqələri barədə ətraflı söhbət aparılıb.
Sonra qonaqlar AMEA Rəyasət Heyətinin tarixi binası ilə tanış olublar. AMEA-nın birinci vitse-prezidenti v.i.e. akademik Arif Həşimov qonaqlara binanın tarixi, memarlıq xüsusiyyətləri barədə ətraflı məlumat verib.
BMT nümayəndələri, həmçinin AMEA-nın elmi istiqamətləri barədə məlumat alıblar.
BMT nümayəndələri Azərbaycana səfərdən, o cümlədən Akademiyada keçirilən görüşdən məmnun qaldıqlarını ifadə ediblər.
Türkiyədə fəaliyyət göstərən...
Məktəbəhazırlıq qruplarının və 1-ci...
“Çin indiki zamanda” layihəsi...
Eksternat imtahanları üçün sənəd...
Pakistan nümayəndə heyəti BDU-da olub...