Əhalinin məşğulluğunun artırılması ilə bağlı Milli Məclisdə dinləmə keçiriləcək
Milli Məclisin komitə iclasında “Əhalinin məşğulluğunun artırılması sahəsində qanunvericiliyin təkmilləşdirilməsi” mövzusunda dinləmə keçiriləcək.
Fhnews.az xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin Əmək və sosial siyasət komitəsinin 2024-cü il üçün yaz sessiyasının iş planına daxil edilib.
Qeyd edək ki, komitənin yaz sessiyasında ilk iclası yanvarın 18-də keçirilir. Gündəliyə Əmək və sosial siyasət komitəsinin ötən ilin payız sessiyası dövründə görülən işlərin hesabatı, 2024-cü il üçün yaz sessiyasının iş planı və “Media haqqında” Azərbaycan Respublikasının 2021-ci il 30 dekabr tarixli 471-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişikliklərlə bağlı qanun layihəsinin müzakirəsi daxil edilib.
Psixoterapevt: Peşələrini sevən insanlar...
Azərbaycan və Özbəkistan arasında...
Azərbaycanın sosial sahədə e-xidmətlərlə...
Ötən il qanunsuz miqrasiya fəaliyyətləri...
İTSDA: Allergiyaların diaqnostika və...