Ağdamda mina partlayışı olub: ANAMA-nın əməkdaşı xəsarət alıb
İşğaldan azad edilmiş Ağdam rayonunun Sırxavənd kəndi ərazisində mayın 28-də mina partlayışı olub.
Fhnews.az xəbər verir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi və Minatəmizləmə Agentliyinin mətbuat xidmətindən verilən məlumata görə, agentliyin əməkdaşı 1997-ci il təvəllüdlü Yusubov Hasil Eldar oğlu xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı baş verib. Hadisə nəticəsində sol ayağın topuq nahiyəsindən amputasiyası olunub.
Xəsarət alan əməkdaş rayon xəstəxanasına təxliyə edilib. Vəziyyəti qənaətbəxşdir.
Psixoterapevt: Peşələrini sevən insanlar...
Azərbaycan və Özbəkistan arasında...
Azərbaycanın sosial sahədə e-xidmətlərlə...
Ötən il qanunsuz miqrasiya fəaliyyətləri...
İTSDA: Allergiyaların diaqnostika və...