Əfqanıstanda yol-nəqliyyat qəzası 7 nəfərin həyatına son qoyub
Əfqanıstanın qərbindəki Nimroz əyalətində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində 7 nəfər həlak olub, 3 nəfər isə yaralanıb.
Fhnews.az Afghan İslamic Press agentliyinə istinadla xəbər verir ki, qəza Dilaram şəhərini Nimroz əyalətinin inzibati mərkəzi Zaranc şəhəri ilə birləşdirən magistralda baş verib.
Hakimiyyət orqanlarının məlumatına görə, sürücülərin ehtiyatsızlığı, avtomobil yollarının pis vəziyyətdə olması və təhlükəsizlik qaydalarının pozulması ölümlə nəticələnən yol-nəqliyyat hadisələrinin əsas səbəblərindən biridir.
Son on ay ərzində Əfqanıstanda baş verən avtomobil qəzalarında 1600-dən çox insanın həlak olduğu bildirilir.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...