Əfqanıstanda daşqınlar nəticəsində ölənlərin sayı 70-ə çatıb
Əfqanıstanda son bir neçə gündə daşqınlar nəticəsində ölənlərin sayı artaraq 70 nəfərə çatıb, 50-dən çox insan isə yaralanıb.
Fhnews.az Sinxua agentliyinə istinadla xəbər verir ki, leysan və daşqınlar nəticəsində ölkədə 2600-dən çox ev dağıdılıb, 2 mindən çox mal-qara tələf olub, 95 min hektar əkin sahəsi sıradan çıxıb, üç məscidə, dörd məktəbə ziyan dəyib.
Əfqanıstanın 34 vilayətinə ötən cümə günündən bəri yağış və qar yağır. Ölkənin meteorologiya idarəsi yağıntıların daha dörd gün davam edəcəyini proqnozlaşdırır.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...