Əfqanıstanda daşqınlar nəticəsində 33 nəfər ölüb
Əfqanıstan müvəqqəti hökumətinin Təbii Fəlakətlər üzrə Dövlət Nazirliyinin sözçüsü Molla Canan Saik mətbuata açıqlamasında ən çox itkilərin Fərəh, Herat, Zabul və Qəndəhar əyalətlərində baş verdiyini bildirib.
Son 3 gündə ölkə daxilində 21 vilayətdə daşqınlar baş verdiyini qeyd edən Saik 33 nəfərin həyatını itirdiyini, 27 nəfərin isə yaralandığını bildirib.
Saik 200 heyvanın tələf olduğunu, 600-dən çox evin qismən zədələndiyini və ya tamamilə dağıldığını, 2 min dekar kənd təsərrüfatı sahəsinin yararsız hala düşdüyünü bildirib.
Mümkün daşqınlar səbəbiylə can və mal itkisinin artması ehtimalının olduğunu bildirən Saik yardım qruplarının səfərbər edildiyini deyib.
Fatih Sultan Mehmet körpüsü mavi rənglə...
Filippində Kanlaon vulkanı püskürüb...
Egey dənizində 4,9 bal gücündə zəlzələ...
İstanbulda 3,8 bal gücündə zəlzələ baş...
Çin rabitə texnologiyalarını sınamaq...