ADY bu ilin ilk ayında ölkədaxili istiqamətlər üzrə 31 min 816 sərnişin daşıyıb
Azərbaycan Dəmir Yolları 2024-cü ilin ilk ayında ölkədaxili istiqamətlər üzrə 31 min 816 sərnişin daşıyıb.
Fhnews.az xəbər verir ki, ADY-dən verilən məlumata görə, bu, 2023-cü ilin dekabr ayı ilə müqayisədə 4619 sərnişin çoxdur.
Bakı–Ağstafa–Bakı marşrutu üzrə 27 min 643, Bakı–Qəbələ–Bakı marşrutu üzrə isə 4173 sərnişin daşınıb.
Sərnişinlərin 1513-ü xarici ölkə vətəndaşı olub. Onlardan 618-i Rusiya, 207-si Türkiyə, 171-i Gürcüstan, 65-i Hindistan, 39-u ABŞ, qalanları isə digər ölkələrin vətəndaşıdır.
AZPROMO: Beynəlxalq Kənd Təsərrüfatı...
Azərbaycan sentyabrda Dubayda...
“SİMA İmza” fərdi sahibkarlar üçün 6 ay...
Bakıda IATA Aviasiya Enerji Forumu...
Bakıda Avropa və MDB Poçt Liderlərinin I...