ADA Universitetinə akkreditasiya şəhadətnaməsi təqdim edilib
Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) İdarə Heyətinin sədri Tural Əhmədov Elm və Təhsil Nazirliyinin Akkreditasiya Şurasının qərarı ilə ADA Universitetinin 5 il müddətində akkreditasiya olunması ilə bağlı şəhadətnaməni rektor Hafiz Paşayevə təqdim edib.
Fhnews.az xəbər verir ki, agentlikdən verilən məlumata görə, təqdimat mərasimində çıxış edən Tural Əhmədov TKTA-nın fəaliyyət istiqamətləri haqqında məlumat verib və bunlardan birinin də təhsil müəssisələrinin akkreditasiyasının keçirilməsi olduğunu bildirib.
Tural Əhmədov akkreditasiya prosesi uğurla başa vurduğuna görə ADA Universitetini təbrik edib. Görüşdə ADA Universitetinin müəyyən olunmuş qiymətləndirmə üzrə maksimal nəticə göstərməklə akkreditasiyadan uğurla keçməsi və bunun universitet üçün əhəmiyyəti müzakirə edilib.
Universitetin rektoru Hafiz Paşayev akkreditasiya prosesi nəticəsində verilən tövsiyələrin universitet üçün faydasını vurğulayıb.
BMU tələbələri “AIRO 2025”də I yeri...
Qarabağ Universiteti abituriyentlər üçün...
DİM 1747 nəfər üçün dövlət qulluğu...
Altı dövlət orqanında daxili...
Müəllimlərin iş yerinin dəyişdirilməsi...