Əcnəbi Diplomatlar üçün “Xarici Siyasət Proqramı” yekunlaşıb
İyunun 14-də ADA Universitetinin və Xarici İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AIDA) əcnəbi diplomatlar üçün birgə təşkil etdiyi “Xarici Siyasət Proqramı” öz işini yekunlaşdırıb.
Fhnews.az xəbər verir ki, 14 ölkəni təmsil edən 21 diplomat proqramı bitirərək sertifikat əldə ediblər.
Bu münasibətlə ADA Universitetində keçirilən Məzun günündə ali təhsil müəssisəsinin dövlət, xarici və tələbə işləri üzrə prorektoru Fariz İsmayılzadə, onun müşaviri Aygün Hacıyeva çıxış ediblər.
Prorektor Fariz İsmayılzadə AIDA ilə birgə əməkdaşlıq nəticəsində ərsəyə gələn bu proqramın həm qurumlar arasında əməkdaşlığın, həm də ölkəmizin diplomatik əməkdaşlığının təzahürü olduğunu bildirib.
Aygün Hacıyeva sözügedən proqramı yalnız Azərbaycanı, regionu tanımaq üçün fürsət kimi deyil, diplomatik bacarıqların inkişafı üçün öyrənmə platforması kimi qiymətləndirib.
Əcnəbi diplomatlar proqram ərzində Qarabağdakı quruculuq prosesini bilavasitə müşahidə etmək üçün Füzuli rayonuna səfər ediblər.
Xatırladaq ki, əcnəbi diplomatlar üçün “Xarici Siyasət Ptoqramı”nda Qayana, Burkina-Faso, Ekvador, Filippin, Syerra-Leone, habelə Belarus, Moldova, Slovakiya, Tacikistan, Özbəkistan və digər ölkələri təmsil edən diplomatlar iştirak ediblər.
İştirakçılar bir sıra dövlət qurumlarında tanışlıq görüşləri keçirib, eləcə də tarixi-mədəni yerləri ziyarət ediblər.
Türkiyədə fəaliyyət göstərən...
Məktəbəhazırlıq qruplarının və 1-ci...
“Çin indiki zamanda” layihəsi...
Eksternat imtahanları üçün sənəd...
Pakistan nümayəndə heyəti BDU-da olub...