22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

ABŞ-nın şərqini vuran qasırğa nəticəsində 3 nəfər ölüb, 630 min ev işıqsız qalıb

10-01-2024

ABŞ Milli Meteoroloji Xidməti Florida, Corciya, Şimali və Cənubi Karolina ştatlarında şiddətli fırtınaların baş verə biləcəyini bildirərək, əhalini diqqətli olmağa çağırıb. Vaşinqton ştatında 25 min ev işıqsız qalıb. Şiddətli daşqın xəbərdarlığının verildiyi Nyu Cersi ştatında qubernator Fil Merfi ştatda fövqəladə vəziyyət elan edərək yerli əhaliyə əlverişsiz hava şəraiti ilə bağlı  xəbərdarlıq edib. 

Nyu York qubernatoru Kathy Hochul fırtınanın təhlükəli ola biləcəyi barədə xəbərdarlıq edərək, güclü yağışın qarla birlikdə təsirli ola biləcəyini və şiddətli daşqınların olacağını bildirib. Nebraska və Kanzas ştatlarında kəskin hava şəraiti ilə əlaqədar yol hərəkətində fasilələr yaranıb. 

ABŞ Federal Aviasiya İdarəsi ölkənin ən işlək hava limanlarından biri olan Çikaqo O'Hare Beynəlxalq Hava Limanında həddindən artıq qar və buzlanma səbəbindən uçuşların qısa müddətə dayandırıldığını açıqlayıb. Florida ştatının Tampa beynəlxalq hava limanında da uçuşlar dayandırılıb. Ötən gün ölkədə ən azı 1300 uçuş ləğv edilib, ABŞ-ın vitse-prezidenti Kamala Harrisin təyyarəsi də marşrutunu dəyişməli olub.

Kamala Harrisin sözçüsü qeyd edib ki, pis hava şəraiti səbəbindən Atlantadan yola düşən təyyarə Vaşinqtona dönərkən Merilend yerinə Virciniya ştatına enib.

Paylaş: