ABŞ-nın Nebraska və Ayova ştatlarında tornado
ABŞ-nın Nebraska və Ayova ştatlarında tornado nəticəsində yüzlərlə evə ziyan dəyib, xəsarət alanlar var. Nebraska ştatında 485 min əhalisi olan Omaha şəhərinə daha çox ziyan dəyib.
Lancaster Countydə 70 nəfərin olduğu iş yeri dağılıb, 3 nəfər yaralanıb. Vətəndaşların təxliyə edildiyi və yaralıların həyati təhlükəsinin olmadığı bildirilib.
Omaha Eppley hava limanında tornado səbəbindən uçuşlar dayandırılıb. Tornado Missuri çayını keçərək Ayova ştatına çatıb. Ayova qubernatoru Kim Reynolds Pottavattami qraflığında fövqəladə vəziyyət elan edib. Ştatda bir çox evlər yararsız hala düşüb.
Tornadoların vurduğu ərazilərdə təmizləmə işləri davam edir.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...