13 may 2025, çərşənbə axşamı Bakı, 21°C
IMG-LOGO

ABŞ Hərbi Hava Qüvvələri süni intellektə malik min pilotsuz qırıcı qəbul etməyi planlaşdırır

04-03-2024

ABŞ Hərbi Hava Qüvvələri süni intellekt (AI) ilə təchiz edilmiş minə yaxın pilotsuz döyüş təyyarəsi istehsalı proqramı üzərində işləyir.

Fhnews.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb.

Məlumata görə, proqramın büdcəsi 6 milyard dollar həcmində qiymətləndirilir. Pentaqon bu məbləğə min pilotsuz qırıcı sifariş etməyi nəzərdə tutur və yüzlərlə belə dron yaxın 5 il ərzində ABŞ Hərbi Hava Qüvvələrinin xidmətinə daxil ola bilər.

Məqsəd dronların “F-35” qırıcıları və “B-21” bombardmançıları kimi ekipajlı təyyarələri müşayiət etmək və qorumaqdır. Bundan əlavə, onlar öz silahlarını daşıya, yerdəki digər təyyarələrə və hədəflərə zərbələr endirə, həmçinin kəşfiyyat funksiyalarını yerinə yetirə biləcəklər.

ABŞ ordusu pilotlar tərəfindən idarə olunan standart hərbi təyyarələrin istehsalının yüksək xərcləri səbəbindən pilotsuz texnologiya və süni intellektdən istifadəni artırmaq qərarına gəlib.

Paylaş: