22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

ABŞ Fələstinin BMT-yə üzvlüyünə veto qoydu

19-04-2024

ABŞ Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında Fələstinin BMT-yə tamhüquqlu üzvlüyünü tələb edən qətnamə layihəsinə veto qoyub. ABŞ-nın BMT-dəki daimi nümayəndəsinin müavini Robert A. Vud Fələstinin BMT-yə tam üzvlüyünü tələb edən qətnamə layihəsinə veto qoyduqlarını deyərək bu üzvlüyün vaxtından əvvəl atılan addım kimi gördüklərini açıqlayıb. Səsvermədə Böyük Britaniya və İsveçrə “bitərəf” olub, Rusiya, Çin, Fransa, Əlcəzair, Malta, Ekvador, Qayana, Sloveniya, Sierra Leone, Mozambik, Cənubi Koreya və Yaponiya isə  veto qoyulmasının  lehinə səs verib.

Qeyd edək ki, Fələstin 2011-ci ildə BMT-yə tamhüquqlu üzv olmaq üçün müraciət etsə də, BMT Təhlükəsizlik Şurasında lazımi dəstəyi ala bilməyib. Fələstin 2012-ci ildə BMT-də “daimi müşahidəçi statusu” qazanıb.Fələstinin BMT-dəki daimi nümayəndəsi Riyad Mənsur aprelin 2-də verdiyi bəyanatda BMT-nin baş katibi Antonio Quterreşə məktub göndərərək, üzvlük müraciətlərinə yenidən baxılmasını istəyib.

Quterreş aprelin 3-də BMT Təhlükəsizlik Şurasına məktub yazaraq Fələstinin tələbinin gündəmə gətirilməsini istəyib.BMT TŞ aprelin 8-də Fələstinin tələbini “Yeni Üzvlərin Qəbulu Komitəsi”nə göndərib.Üzvlüklə bağlı BMT Təhlükəsizlik Şurasına qayıtmalı olan Komitə iki iclasdan sonra razılığa gələ bilmədiyini açıqlayıb.

Paylaş: