ABŞ-da yük gəmisi körpüyə çırpıldı
Bu gün səhər saatlarında Sinqapur bayraqlı yük gəmisi Baltimor limanının kənarında Frensis Skott Key körpüsünə çırpılıb və körpünün dağılmasına səbəb olub. Merilend qubernatoru axtarış-xilasetmə işlərini davam etdirildiyini və fövqəladə vəziyyət elan edildiyini açıqlayıb. Zərbə nəticəsində körpünün böyük bir hissəsi üzərində nəqliyyat vasitələri olduğu halda uçub. Çox sayda avtomobilin və insanların suya düşdüyü bildirilsə də, ola biləcək can itkisi və ya yaralanmalar barədə hələlik məlumat yoxdur.
Axtarış-xilasetmə qrupları suya düşdüyü təxmin edilən ən az 20 nəfəri xilas etmək üçün işlərini davam etdirir. Baş verən hadisədə terror izləri olmadığı bildirilib. Gəmidən dənizə aktiv şəkildə yayılan yanacaq sızmasının olduğu təsbit edilib.
Sinqapurun Dəniz və Liman İdarəsi verdiyi açıqlamada ABŞ sahil mühafizəsi və körpünün çökməsində iştirak edən Sinqapurda qeydiyyatdan keçmiş gəminin idarəetmə şirkəti ilə əlaqə saxladığını bildirib. Hadisə baş verən zaman Sinqapur bayraqlı “Dali”nin göyərtəsində 22 ekipaj üzvü olub.
ABŞ kəşfiyyatının hesabatına görə, Baltimor körpüsünə çırpılan yük gəmisi limandan çıxarkən hərəkət qabiliyyətini itirib.
Kiber və İnfrastruktur Təhlükəsizlik Agentliyinin hesabatında deyilir ki, gəmi Nəqliyyat Departamentinə (MDOT) gəmiyə nəzarəti itirdiklərini və körpü ilə toqquşmanın mümkün olduğunu bildirib.
Qeyd edək ki, uçmuş Frensis Skott Key körpüsü 17 kilometrlik magistral şəbəkənin 2,5 kilometrlik hissəsini təşkil edirdi. Körpü sudan 56 metr hündürlükdə olub.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...