ABŞ-da gəmi qəzası ilə bağlı yeni təfərrüatlar ortaya çıxıb
ABŞ-nın Baltimor şəhərində Frensis Skott Key körpüsünü qəzaya uğradan və dağıdan Dali adlı yük gəmisinin 2016-cı ildə Belçikanın Antverpen limanında da anoloji qəza etdiyi məlum olub.
Beləki Belçikanın Antverpen limanının rəsmiləri bildiriblər ki, gəmi 2016-cı il iyulun 11-də konteyner terminalını tərk etmək istəyərkən limana çırpılıb. Səlahiyyətlilər qəzanın səbəbləri ilə bağlı məlumat verməsələr də, hadisədən sonra gəminin bir müddət təmir üçün limanda qaldığını bildiriblər.
Xatırladaq ki, Sinqapur bayraqlı yük gəmisi yerli vaxtla saat 01.35-də Patapsko çayı üzərindəki Francis Scott Key körpüsünə çırpılıb. Gəminin toqquşmasından bir neçə saniyə sonra körpü çöküb. Çaya düşən 7 nəfərin axtarışları davam edir.
Fatih Sultan Mehmet körpüsü mavi rənglə...
Filippində Kanlaon vulkanı püskürüb...
Egey dənizində 4,9 bal gücündə zəlzələ...
İstanbulda 3,8 bal gücündə zəlzələ baş...
Çin rabitə texnologiyalarını sınamaq...