ABŞ 2024-cü il üçün süni intellekt yol xəritəsini açıqladı
ABŞ Daxili Təhlükəsizlik Departamenti Avropa İttifaqının süni intellekt qanunvericiliyini qəbul etməsindən sonra təhlükəsizlik, narkotiklərə nəzarət, immiqrasiya və uşaq istismarı ilə bağlı pilot layihələri gətirən yeni süni intellekt yol xəritəsini açıqladı. Pilot layihələr fentanilin aşkar edilməsinə, uşaq istismarı ilə mübarizəyə, təhlükələrin azaldılmasına və immiqrasiya məmurlarının təliminin təkmilləşdirilməsinə yönəldiləcək.
Departament süni intellektin istifadəsi üçün yeni bir yol xəritəsi çəkdiklərini və üç yeni pilot layihə ilə istifadəsinin müəyyən sahələrdə fəaliyyət göstərəcəyinə diqqət çəkdi. "Pilot layihələr çərçivəsində Təhlükəsizlik Araşdırmaları (HSI) fentanilin aşkar edilməsinə və uşaqların cinsi istismarına qarşı mübarizə ilə bağlı araşdırmaların səmərəliliyinin artırılmasına yönəlmiş istintaq proseslərini təkmilləşdirmək üçün süni intellekti sınaqdan keçirəcək."
Federal Fövqəladə Halların İdarə Olunması Agentliyi (FEMA) icmalara davamlılıq yaratmaq və riskləri minimuma endirmək üçün təhlükələrin azaldılmasını planlaşdırmaq və inkişaf etdirmək üçün süni intellektdən istifadə edəcək. Bundan əlavə, ABŞ Vətəndaşlıq və İmmiqrasiya Xidmətləri də (USCIS) immiqrasiya məmurlarının təlimini təkmilləşdirmək üçün süni intellektdən istifadə edəcək. Fərqli dövlət qurumlarında tətbiqi gözlənilən süni intellekt sistemlərinin ilk olaraq uşaq istismarı və narkotik araşdırmaları, təbii fəlakətlər və fövqəladə hallarda ünsiyyət, immiqrasiya xidmətlərində istifadə ediləcəyi bildirilib.
Xatırladaq ki,Avropa İttifaqı Parlamenti martın 13-də süni intellekt qanununu səsə qoyaraq qəbul edib. Qanuna süni intellektlə bağlı bəzi tədbirlər, o cümlədən biometrik identifikasiya sistemlərinin istifadəsinə məhdudiyyətlər daxildir. Bildirilib ki, qanunla vətəndaşların hüquqlarına təhlükə yaradan süni intellekt proqramları, o cümlədən həssas xüsusiyyətlər əsasında biometrik kateqoriyalara ayırma sistemləri və sifətin tanınması məlumat bazaları yaratmaq üçün internetdən üz təsvirlərinin və ya təhlükəsizlik kamerası görüntülərinin məqsədsiz toplanması qadağan edilir.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...