Abituriyentlərin qəbul imtahanında iştirakı üçün qeydiyyatı başa çatıb
I, II, III və IV ixtisas qrupları üzrə qəbul imtahanının II mərhələsinin I cəhdində iştirak etmək istəyən abituriyentlərin ərizə qəbulu başa çatıb.
Fhnews.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb.
Dünən saat 09:00-a olan məlumata əsasən I ixtisas qrupu üzrə 29 230, II qrup üzrə 23 163, III qrup üzrə 24 499, IV qrup üzrə isə 5 804 abituriyent elektron ərizəsini təsdiq edib.
Qeyd edək ki, abituriyentlər dünən saat 23:59-dək şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməklə DİM-in müvafiq internet səhifəsinə daxil olaraq imtahan vermək istədikləri ixtisas qrupunu seçib qeydiyyatdan keçməli idilər.
BMU tələbələri “AIRO 2025”də I yeri...
Qarabağ Universiteti abituriyentlər üçün...
DİM 1747 nəfər üçün dövlət qulluğu...
Altı dövlət orqanında daxili...
Müəllimlərin iş yerinin dəyişdirilməsi...