AAYDA CAREC proqramına üzv ölkələrin tədbirində iştirak edib
İstanbulda Asiya İnkişaf Bankının təşkilatçılığı ilə CAREC proqramı (Central Asia Regional Economic Cooperation - Mərkəzi Asiya regionu iqtisadi koorparasiyası) çərçivəsində yol-nəqliyyat hadisələri məlumatlarının idarə olunması ilə bağlı tədbir keçirilib.
Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib.
Qeyd edək ki, tədbirə CAREC proqramına üzv ölkələr olan Azərbaycan, Türkiyə, Tacikistan, Pakistan, Çin, Qazaxıstan, Türkmənistan, Özbəkistan, Qırğızıstan, Monqolustan və Gürcüstandan nümayəndə heyətləri qatılıb.
Azərbaycanın nümayəndə heyətinin tərkibində iştirak edən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Avtomobil Yollarının İstismarı və Təmiri Baş İdarəsinin Hərəkətin təşkili və təhlükəsizliyi şöbəsinin rəisi Seymur Aslanov tərəfindən respublikamızın yol infrastrukturu barədə məlumat verilib, son illərdə görülmüş işlər və təhlükəsizlik tədbirləri haqqında arayış təqdim olunub.
Müzakirələr zamanı azad olunmuş torpaqlarda Böyük Qayıdışa dair I Dövlət Proqramı və agentlik tərəfindən aparılan bərpa-quruculuq işlərindən, Bakı şəhərində mobillik üzrə görülmüş tədbirlərdən, hibrid avtomobillər və elektromobillər üçün dövlət siyasətindən bəhs edilib.
Tədbirdə yol-nəqliyyat hadisələri barədə məlumatların yığılması, emal olunması və vahid bazaya ötürülməsi, verilənlər bazasının daha detallı şəklə salınmasının vacibliyi barədə təlimlər keçirilib. Həmçinin üzv ölkələrin son dövrlərdə yol-nəqliyyat sahəsində gördüyü təhlükəsizlik tədbirləri ilə bağlı müzakirələr aparılıb, təlimin proqramına uyğun xüsusi tapşırıqlar hazırlanıb və digər ölkələrdən olan mütəxəssislərlə birgə verilən tapşırıqların icrası təmin olunub.
Gələcəkdə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin interaktiv xəritəsinin hazırlanması və məlumatların daim yenilənərək “GİS” xəritə üzərinə köçürülməsi məqsədəuyğun hesab edilib.
Tədbir zamanı iştirakçı ölkələr arasında yol-nəqliyyat hadisələri zamanı həlak olanların sayının az olmasına görə Azərbaycanın ilk yerdə qərarlaşdığı da diqqətə çatdırılıb.
COP29 zolaqlarında yol nişanlarının...
COP29: İsrailin aerokosmik şirkəti...
İstanbulda I Enerji Forumu çərçivəsində...
Nazir Rəşad Nəbiyev İsrailin nəqliyyat...
Prezident Ərdoğan: Bakıda keçirilən...