8.659 tarixi əsər Türkiyəyə qaytarılacaq
Türkiyənin Mədəniyyət və Turizm naziri Mehmet Nuri Ersoy Fransada ələ keçirilən 8 min 659 tarixi əsərin Türkiyəyə qaytarılacağını açıqlayıb. Nazir bu barədə sosial media hesabında paylaşım edib.
Nazir Ersoy açıqlamasında bunları yazıb : “Fransada ələ keçirilən 8 min 659 əsərimizi geri qaytarırıq. Hər şey 2019-cu ildə Qaçaqmalçılıqla Mübarizə Departamentimiz Avstriyadakı hərrac şirkətində satışda çoxlu sayda Anadolu mənşəli sikkə aşkarladıqdan sonra başladı. Avstriyada başlanan istintaq Fransaya təhvil verildikdən sonra Fransa hüquq-mühafizə orqanları ölkəmizdən qeyri-qanuni olaraq xaricə aparılmış bu əsərləri bazara çıxaran şəxslərə qarşı istintaqa başlayıb.
Bu arada türk polisi tərəfindən həyata keçirilən və bütün dünyada böyük əks-səda doğuran Anadolu və Miras Əməliyyatı ilə bu əsərləri oğurlayan cinayət şəbəkəsinin Türkiyə qolu iflasa uğrayıb. Ümumdünya Gömrük Təşkilatı ölkələr arasında koordinasiyanı təmin etməklə informasiya axınını gücləndirib. Bütün bu səylər nəticəsində sikkələr və yazılar da daxil olmaqla 8659 əsər Fransa Gömrük və Kəşfiyyat İdarəsi tərəfindən ələ keçirilib.”
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...