28 May - Müstəqillik Günü münasibətilə Dövlət Sərhəd Xidmətində silsilə tədbirlər keçirilib
28 May - Müstəqillik Günü münasibətilə Dövlət Sərhəd Xidmətinin aparatında, struktur qurumlarında və hərbi hissələrində silsilə tədbirlər keçirilib.
Fhnews.az xəbər verir ki, bu barədə Dövlətlərinin Sərhəd Xidmətindən məlumat verilib.
Dövlət Sərhəd Xidmətinin aparatında Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə Ulu Öndər Heydər Əliyevin və ərazi bütövlüyümüz uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları tərəfindən İstiqlal Bəyannaməsinin imzalanması ilə müstəqilliyin dünyaya bəyan edildiyi, 23 ay mövcud olmasına baxmayaraq müsəlman Şərqində demokratik dəyərlərin formalaşması ilə bütün sahələrdə bir çox əhəmiyyətli işlərin görüldüyü şəxsi heyətin diqqətinə çatdırılıb.
1991-ci ildə müstəqilliyinə yenidən qovuşmuş dövlətimizin ötən dövr ərzində mürəkkəb inkişaf yoluna nəzər salınıb, 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyevin müasir Azərbaycanın möhkəmlənməsində, dünya dövlətləri arasında layiqli yer tutmasında, ölkəmizin sərhəd mühafizəsinin formalaşmasında və inkişafında misilsiz xidmətləri böyük minnətdarlıq hissi ilə qeyd olunub.
Vurğulanıb ki, Ulu Öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi, uzaqgörən diplomatik siyasəti, Azərbaycan Ordusunun şücaəti və xalqımızın birliyi sayəsində Vətən müharibəsində, eləcə də 2022-ci il sentyabrın 12-13-də düşmən təxribatının qarşısının alınması və 2023-cü ilin sentyabr ayında lokal xarakterli antiterror tədbirləri zamanı əldə edilən qələbələrin məntiqi davamı olaraq, Qazax rayonunun dörd kəndinin bir güllə atılmadan geri qaytarılması ilə bu gün milli dövlətçilik tariximizin şanlı səhifələrindən olan Müstəqillik Gününü ərazi bütövlüyü və suverenliyi tam bərpa olunmuş qalib dövlət olaraq qeyd edirik.
Tədbirin sonunda Azərbaycan Xalq Cümhuriyyətinə həsr edilmiş “Son iclas” sənədli filmi nümayiş etdirilib.
Braziliya rəsmisi: Meşələrin qorunması...
Qətər rəsmisi: Azərbaycanla əlaqələr...
Audiovizual Şura platforma...
COP29-da Ermənistanın ərazilərimizdə...
COP29 çərçivəsində SPECA İqlim Ağıllı...