2024/2025-ci tədris ilində BDU-nun “SABAH” qruplarında 6 ixtisas və 8 ixtisaslaşmada tədris aparılacaq
2024/2025-ci tədris ili üçün Bakı Dövlət Universitetinin (BDU) “SABAH” qruplarında bakalavriat səviyyəsi üzrə 6 ixtisas, magistratura səviyyəsi üzrə isə 8 ixtisaslaşmada tədris aparılması nəzərdə tutulur.
Fhnews.az xəbər verir ki, BDU-dan verilən məlumata görə, bakalavriat səviyyəsində biologiya müəllimliyi, kimya müəllimliyi, fizika müəllimliyi, biotexnologiya, psixologiya və kompüter elmləri ixtisasları üzrə qruplar təşkil olunacaq. Magistratura səviyyəsi üzrə isə ehtimal nəzəriyyəsi və riyazi statistika, əməliyyatlar tədqiqi və sistemli təhlil, optimallaşdırma və optimal idarəetmə, nanohissəciklər fizikası, kompüter elmləri və texnologiyaları, jurnalistika, kimyəvi kinetika və kataliz və molekulyar biologiya ixtisaslaşmalarında tədris aparılacaq.
2023/2024-cü tədris ilində BDU-nun “SABAH” qruplarında 1085 tələbə təhsil alır. Ali məktəblərin “SABAH” qrupları arasında ən çox tələbə sayı BDU-nun payına düşür.
BMU tələbələri “AIRO 2025”də I yeri...
Qarabağ Universiteti abituriyentlər üçün...
DİM 1747 nəfər üçün dövlət qulluğu...
Altı dövlət orqanında daxili...
Müəllimlərin iş yerinin dəyişdirilməsi...