1000-dən çox KOB subyektinə, startap və biznesə başlamaq istəyən şəxsə təlim və məsləhət xidməti göstərilib
Bu ilin birinci yarısında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən sahibkarların, biznesə başlamaq istəyənlərin və startapların biznes sahəsində bilik və bacarıqlara yiyələnməsi, mövcud biliklərinin artırılması üçün 800-ə yaxın iştirakçı üçün 75 təlim keçirilib, 2293 saat məsləhət xidməti göstərilib və 152 biznes plan hazırlanıb.
Fhnews.az xəbər verir ki, KOBİA–dan verilən məlumata görə, təlimlər biznesə başla, layihə idarəetməsi, maliyyənin idarə olunması, satış, marketinq, rəqəmsal bacarıqlar, “yaşıl iqtisadiyyat” və digər mövzuları əhatə edib.
Bu dövrdə 32 sahibkar və menecer beynəlxalq təcrübəyə yiyələnməsi üçün “Almaniya ilə biznes əməkdaşlığı” Proqramı çərçivəsində Almaniyada ixtisasartırma kursu keçib.
Agentliyin video təlim platformasındakı onlayn təlim videolarından ödənişsiz olaraq 48 sahibkar və biznesə başlamaq istəyən şəxs faydalanıb. Satış kanallarına çıxış, marketinq, biznesin planlaşdırılması, mühasibatlıq, hüquqi məsələlərlə bağlı 208 sahibkara və biznesə başlamaq istəyən şəxsə 2293 saat məsləhət xidməti göstərilib.
Həmçinin bu ilin birinci yarısında kənd təsərrüfatı, istehsal, xidmət və digər istiqamətlərdə 152 biznes planın ödənişsiz olaraq hazırlanmasına dəstək verilib.
Ümumilikdə isə 2024-cü ilin I yarısında agentliyin KOB subyektlərinin biznes biliklərinin və bacarıqlarının artırılması istiqamətində göstərdiyi dəstək və xidmətlərdən 1000-dən çox KOB subyekti, startap və biznesə başlamaq istəyən şəxs yararlanıb.
COP29 zolaqlarında yol nişanlarının...
COP29: İsrailin aerokosmik şirkəti...
İstanbulda I Enerji Forumu çərçivəsində...
Nazir Rəşad Nəbiyev İsrailin nəqliyyat...
Prezident Ərdoğan: Bakıda keçirilən...