22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Zəngin zülala malik “mal əti düyüsü” yetişdirilib

15-03-2024

üceyrələri yetişdiriblər ki, bu da mal-qaranı əvəz edə biləcək davamlı, əlverişli və ekoloji cəhətdən təmiz protein mənbəyinə nail olmaq yolunda böyük bir addımdır.

Fhnews.az “Reuters” agentliyinə istinadla xəbər verir ki, nəticələri bu ay “Matter” jurnalında dərc olunan tədqiqata rəhbərlik edən Seuldakı Yonsei Universitetinin professoru Jinkee Hong “mal əti düyüsünün” bu növdə ilk məhsul olduğunu söyləyib. Heyvanların əzələ və yağ hüceyrələrini yetişdirmək üçün əsas material kimi çəltik dənələrindən istifadə edilir.

Tədqiqat zamanı düyü dənələrində hüceyrə böyüməsi üçün optimal mühit yaratmaq məqsədilə onlara fermentlər yeridilib. Sonra onlar çəhrayı rəngli çəltik məhsuluna bənzəyən son hibrid düyü əldə etmək üçün becərilən iribuynuzlu heyvan hüceyrələri ilə infuziya edilib.

Yonsei komandası laboratoriyada yetişdirilən ət məhsulları üzərində işləyən ilk komanda deyil. Dünyadakı şirkətlər artıq süni ət istehsalına başlayıb; ən son nümunələrdən biri Sinqapurda soya bazasında yetişdirilən bitki əsaslı toyuq və ilanbalığıdır. Bu hibrid məhsullar artıq satışdadır.

Honqun komandası düyünün soya və ya qoz-fındıq ilə müqayisədə təhlükəsizlik baxımından üstünlüyə malik olduğunu bildirir, çünki bu məhsul daha az insanda allergiya doğurur. Onlar qeyd edirlər ki, “mal əti düyüsü” adi çəltik məhsulundan təxminən 8 faiz daha çox protein və 7 faiz artıq yağ ehtiva edir. Eyni zamanda, zülalın 18 faizi heyvan mənşəlidir, bu da onu əsas amin turşularının zəngin mənbəyinə çevirir.

Honq bildirib ki, hər kiloqramı təxminən 2 dollara satıla biləcək və ənənəvi mal əti məhsullarından daha az karbon emissiyasına səbəb olacaq “mal əti düyüsü” marketlərin ərzaq rəflərində rəqabət apara bilər. Amma, onun sözlərinə görə, texniki baxımdan və müştəriləri ləzzət və tekstura ilə qazanmaq nöqteyi-nəzərindən hələ müəyyən problemlər var.

Yeni hibrid mal ətinin dadına baxanlar da bildiriblər ki, onun ənənəvi şirəsi və teksturası çox aşağı səviyyədədir.

Paylaş: