22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Yanvar-aprel aylarında sosial sahə üzrə 135,5 min e-arayış verilib

27-05-2024
IMG

Bu ilin yanvar-aprel aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət sahələri üzrə 135,5 min elektron arayış verilib.

Fhnews.az xəbər verir ki, Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, son illər əmək, məşğulluq, sosial təminat, əlillik, reabilitasiya və sair sahələr üzrə geniş elektronlaşma proqramı çərçivəsində 30-dan çox e-arayış xidməti istifadəyə verilib.

Həmin e-xidmətlər vətəndaşlara iş yerinə və əlilliyə dair, pensiya, müavinət, təqaüd, maddi yardım, ünvanlı yardım, dövlət tərəfindən mənzil və avtomobillə təmin olunma, fərdi şəxsi hesab və sair barədə arayış əldə etməyə imkan yaradır.

Paylaş: