22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Xəbərdarlıq: Dolu düşəcək, dağlıq ərazilərdə qar yağacaq

24-05-2024
IMG

Mayın 25-də günün birinci yarısında, 26-da axşam Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində intensivləşəcəyi ehtimalı var.

Fhnews.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindənverilən məlumata görə, mayın 24-ü gündüzdən 27-dək Azərbaycanın rayonlarının bəzi yerlərində havanın arabir yağıntılı olacağı ehtimal edilir. Ayrı-ayrı yerlərdə - Naxçıvan Muxtar Respublikasında, Qarabağ və Şərqi Zəngəzur, Qazax-Gəncə, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Mərkəzi Aran, Lənkəran-Astarada yağıntıların leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı proqnozlaşdırılır.

Mayın 25-dən 26-sı gündüzədək şərq küləyinin sürətinin saniyədə 15-20 metr olacağı, ayrı-ayrı yerlərdə arabir 25-30 metrədək güclənəcəyi gözlənilir.

Çaylarda, o cümlədən Kür, Araz, Qanıx və Qabırrı çaylarında sululuğun artacağı, Böyük və Kiçik Qafqazın, Lənkəran-Astara bölgəsinin ərazisindən axan bəzi çaylardan qısamüddətli daşqın və sel keçəcəyi bildirilir.

Paylaş: