Xəbərdarlıq: Abşeron yarımadasında 2°-dək şaxta olacaq, qar yağacaq
Yanvarın 24-ü axşamadək Bakıda və Abşeron yarımadasında hava şəraitinin fasilələrlə yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı, gecə və səhər ayrı-ayrı yerlərdə intensivləşəcəyi gözlənilir.
Fhnews.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, yanvarın 24-25-də Bakı və Abşeron yarımadasında havanın minimal temperaturunun 0°-dən 2°-dək şaxta olacağı proqnozlaşdırılır.
Yağıntılı hava şəraiti və arabir güclənən şimal-qərb küləyi ilə əlaqədar yanvarın 24-də yollarda görmə məsafəsinin məhdudlaşacağı, yanvarın 24-25-də gecə və səhər şəhərin nisbətən yüksək ərazilərində yolların buz bağlayacağı ehtimalı var.
Yanvarın 24-ü axşamadək Azərbaycanın rayonlarında yağıntılı hava şəraitinin davam edəcəyi, bəzi yerlərdə sulu qar, qar yağacağı ehtimal edilir. Ayrı-ayrı yerlərdə - Naxçıvan Muxtar Respublikasında, Qarabağ və Şərqi Zəngəzur, Balakən-Şəki, Quba-Qusar, Lənkəran-Astara, Mərkəzi Aranda yağıntıların intensiv olacağı bildirilir. Havanın temperaturu Aran rayonlarında gecə 3-8° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti, dağlarda gecə 13-18° şaxta, gündüz 5-10° şaxta olacaq. Yağıntılı və şaxtalı hava şəraiti ilə əlaqədar yollarda görmənin məhdudlaşacağı, yanvarın 24-25-də gecə və səhər bəzi yolların buz bağlayacağı bildirilir.
Braziliya rəsmisi: Meşələrin qorunması...
Qətər rəsmisi: Azərbaycanla əlaqələr...
Audiovizual Şura platforma...
COP29-da Ermənistanın ərazilərimizdə...
COP29 çərçivəsində SPECA İqlim Ağıllı...