22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Türkiyənin ilk avtonom sualtı gəmisi xidmətə hazırdır

11-03-2024

ASELSAN mühəndisləri tərəfindən hazırlanan Türkiyənin ilk avtonom sualtı vasitəsi “Dəringöz”ün dalğıc sınaqları uğurla tamamlanıb.Avtonom hərəkət qabiliyyətinə malik modul quruluşa malik olan və su altında həm hərbi, həm də mülki məqsədlər üçün istifadə oluna bilən ASELSAN-ın “Dəringöz”ü ilk dalğıc sistemi sınaqlarını  uğurla həyata keçirib.

Sualtı vasitə yüksək manevr və dəqiq naviqasiya qabiliyyəti, fərdiləşdirilə bilən missiya yükləri, optik və sonar təsvir texnologiyaları, simsiz rabitə infrastrukturu kimi xüsusiyyətlərlə malikdir. Türkiyənin ilk avtonom sualtı vasitəsi olan “Dəringöz” sualtı araşdırma, kəşfiyyat və müşahidə, mina aşkarlama, boru xəttinin təftişi, liman və baza mühafizəsi kimi bir çox sahədə effektiv şəkildə istifadə edilə bilər.

600 metr dərinlikdə işləmə qabiliyyətinə malik olan “Dəringöz” modul sistem arxitekturası ilə diqqət çəkir. Simsiz əlaqə qabiliyyətinə malik olan sualtı vasitə lazım olduqda artırıla bilən faydalı yük konfiqurasiyalarına malikdir. “Dəringöz”ün dənizlərdə maksimum 5,5 knot sürəti və 3 düyün tarama sürəti ilə Türkiyə üçün böyük bir güc çarpanı yaratması gözlənilir.

Paylaş: