Texnologiyanın sürəti gənclərlə yanaşı, böyüklərə də təsir edir
Texnologiyanın inkişafı təkcə həyatı asanlaşdırmır, həm də sürətləndirir. O, anı yaşamaqdan yayındırır və səbirsizliyi artırır. Mütəxəssislər bu vəziyyətin ailə münasibətlərinə zərər verdiyinə diqqət çəkərək birlikdə görülməli fəaliyyətləri tövsiyə edir.
Fhnews.az Türkiyə mediasına istinadla psixoloq Aybəniz Urhanın mövzu ilə bağlı məlumatlarını təqdim edir.
Sürət gənclərin karyera seçimlərinə də təsir edir. Bu, onların daha tez nəticə əldə edə biləcəkləri işlərə üz tutmasına səbəb olur. Problemin yalnız gənc nəsildə olduğuna inanılır. Lakin mütəxəssislərin fikrincə, bu, bütün yaşlarda olan bir problemdir. Texnoloji inkişafın sürəti böyüklərə də təsir edir: “Müşahidə etdiklərimiz təkcə bu nəsillərin deyil, hamımızın problemidir. Daha tez izləyək, daha tez edək, daha tez istehlak edək deyə bir məqamımız var. Texnologiyanın inkişafı ilə ən çox itirdiyimiz məfhumlardan biri də “səbir”dir”.
Sürət də münasibətlərə böyük təsir göstərir. Ekspertlərin fikrincə, bu, ailə bağlarını zəiflədir: “Ailə bağlarını gücləndirmək üçün müxtəlif fəaliyyətlər mövcuddur. Fiziki əzələlərimizi gücləndirdiyimiz kimi, emosional əzələlərimizi də gücləndirməliyik. Ailənin bütün üzvlərinin əslində o səbir nöqtələrini inkişaf etdirəcəyi bir nöqtədə olmaq, təbiətdə daha çox vaxt keçirmək və müxtəlif fəaliyyətlərə daha çox əhəmiyyət vermək ortaq bir cəhddir. Məncə, birlikdə sahib olduğumuz şeyləri artırmaq vacibdir”.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...