Texasda meşə yanğını: 60 dairədə fövqəladə vəziyyət elan edilib
Texas ştatının qubernatoru Qreq Ebbot meşə yanğınları səbəbindən 60 dairədə fövqəladə vəziyyət rejimi elan edib.
Fhnews.az “The New York Times” qəzetinin saytına istinadla xəbər verir ki, qubernator meşə yanğınları ilə mübarizə aparan yerli yanğınsöndürənlərə kömək etmək üçün dövlət resurslarını aktivləşdirib. Texas Dövlət Meşə Təsərrüfatı Xidmətinin məlumatına görə, alov güclü külək səbəbindən daha geniş əraziyə yayılıb. Çərşənbə axşamından etibarən yanğını nəzarət altına almaq mümkün olmur.
Məlumatda qeyd olunur ki, əhaliyə yanğınla bağlı xəbərdarlıq edilib və bir sıra yaşayış məntəqələrinin boşaldılması qərara alınıb.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...