Su hövzələrində davranış qaydaları barədə silsilə tədbirlər keçirilib
Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən su hövzələrində davranış qaydaları barədə peşə təhsili müəssisələrində silsilə maarifləndirmə tədbirləri keçirilib.
Belə ki, Nazirliyin regional mərkəzlərinin əməkdaşlarının iştirakı ilə Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində və Aviasiya və Avtomobil Nəqliyyatı üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində maarifləndirmə tədbirləri təşkil olunub.
Tədbirlərin keçirilməsində məqsəd su hövzələrində davranış qaydaları barədə sözügedən təhsil müəssisələrinin kollektivinə müvafiq biliklərin verilməsi olub.
Tədbirlərdə suda batan insana ilk yardım, suda boğulmanın başvermə səbəbləri və bu zaman zəruri davranış, çimərliklərdə təhlükəsizlik qaydaları barədə ətraflı məlumat verilib. Tədbirlərdə, həmçinin ilk yardım qaydaları əyani şəkildə nümayiş etdirilib.
İnteraktiv formada keçirilən tədbirlər zamanı suallar ətraflı cavablandırılıb.
Ötən il qanunsuz miqrasiya fəaliyyətləri...
İTSDA: Allergiyaların diaqnostika və...
AQTA: Azərbaycanda biotəhlükəsizliyin...
TƏBİB: Həkim və orta tibb işçiləri üçün...
Ötən il Azərbaycanda davamlı...