Sosial sahədə e-xidmətlərə yanvar-mart aylarında 800 minədək müraciət qeydə alınıb
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət sahələri üzrə əhaliyə təqdim olunan elektron xidmətlərə 2024-cü ilin ilk rübü ərzində 800 minədək müraciət qeydə alınıb.
Fhnews.az xəbər verir ki, Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, ölkənin sosial reyestri olan “e-sosial.az” portalından həmin dövrdə 900 min dəfə istifadə olunub.
Onu da qeyd edək ki, 50,9 min təyinat e-infrastruktur üzərindən, proaktiv qaydada həyata keçirilib. Həmçinin nazirliyin fəaliyyət sahələrinə dair 100 minədək e-arayış verilib, 23 min sosial sığorta nömrəsi e-qaydada açılıb.
Hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin e-sistemlərinin 80-dək qurumun informasiya bazaları ilə inteqrasiyası həyata keçirilir.
Həmin qurumlardan sorğular da daxil olmaqla, bu ilin 3 ayında nazirliyin e-sistemləri üzərindən sorğu, müraciət və xidmət sayı 140 milyon olub.
İTSDA: Allergiyaların diaqnostika və...
AQTA: Azərbaycanda biotəhlükəsizliyin...
TƏBİB: Həkim və orta tibb işçiləri üçün...
Ötən il Azərbaycanda davamlı...
DİN: Telefonla bank kartları ilə bağlı...