13 may 2025, çərşənbə axşamı Bakı, 20°C
IMG-LOGO

Son 75 ilin ən güclü yağışı... BƏƏ sular altında

17-04-2024

Birləşmiş Ərəb Əmirliklərinin  Milli Meteorologiya Mərkəzi ölkədə son 75 ilin ən güclü yağışının qeydə alındığını açıqlayıb. Güclü yağış səbəbindən yolları su basıb, avtomobillər yolda qalıb.

Milli Meteorologiya Mərkəzi BƏƏ-nin son 75 ildə ən böyük yağışın şahidi olduğunu, Əl Ayndakı Xatm əl-Şəklə bölgəsinə 24 saatdan az müddətdə 254,8 mm yağış yağdığını açıqlayıb. 

BƏƏ-nin “Emirates” aviaşirkəti güclü yağış səbəbindən uçuşların dayandırıldığını bildirib. Hava şirkəti bu günə olan bütün uçuşların təxirə salındığını açıqlayıb.

Paylaş: