Sabah Qızılağac, Şirvan, Abşeron və Ağgöl milli parklarında “Açıq qapı” günü olacaq
2 fevral - Ümumdünya Su-Bataqlıq Əraziləri Günü ilə əlaqədar Qızılağac, Şirvan, Abşeron və Ağgöl milli parklarında “Açıq qapı” günü olacaq.
Fhnews.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Qeyd edək ki, su-bataqlıq ərazilərindən səmərəli istifadə edilməsi və bu ərazilərin qorunması məqsədilə 1971-ci il fevralın 2-də İranın Ramsar şəhərində su-bataqlıq əraziləri haqqında Konvensiya imzalanıb və həmin gündən etibarən hər il 2 fevral Ümumdünya Su-Bataqlıq Əraziləri Günü kimi qeyd olunur.
Respublikamızda sahəsi 200 min hektardan artıq su-bataqlıq ərazisi mövcuddur. Azərbaycanda Ağgöl və Qızılağac milli parklarının ərazisi mühüm su-bataqlıq əraziləri kimi “Ramsar” Konvensiyanın siyahısına daxil edilib.
Braziliya rəsmisi: Meşələrin qorunması...
Qətər rəsmisi: Azərbaycanla əlaqələr...
Audiovizual Şura platforma...
COP29-da Ermənistanın ərazilərimizdə...
COP29 çərçivəsində SPECA İqlim Ağıllı...