22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Rəsədxanada ustad dərsi: Günəş sisteminin kiçik göy cisimləri, kometalar

19-04-2024

Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının Gənc Alim və Mütəxəssislər Şurasının gənc tədqiqatçılar üçün növbəti ustad dərsi keçirilib.

Fhnews.az xəbər verir ki, bu barədə rəsədxanadan məlumat verib.

Rəsədxananın Planetlər və kiçik səma cisimləri şöbəsinin baş elmi işçisi, AMEA-nın müxbir üzvü Əyyub Quliyev “Günəş sisteminin kiçik göy cisimləri, kometalar” mövzusunda məruzə ilə çıxış edib.

Məruzədə kometalar, onların tarixi və təsnifatı, müvafiq kataloqlar barədə informasiya verilib. Kometaların fiziki xüsusiyyətləri, orbitlərinin dinamikası və mənbəyi haqqında qısa informasiya verən Ə.Quliyev son onilliklərdə kometalara göndərilmiş kosmik missiyalar, xüsusilə Rozetta proqramının yerinə yetirilməsi mərhələləri və proyektin nəticələrini şərh edib. Günəşətrafı kometaların əmələ gəlməsi barədə hipotezdən söhbət açan alim, həmçinin naməlum X planetinin axtarışında kometaların verə biləcəyi informasiyanın araşdırılmasından danışıb.

Sonra mövzu ilə bağlı müzakirələr aparılıb, suallar cavablandırılıb.

Paylaş: