Rəsədxana: Günəş küləyinin sürətlənəcəyi gözlənilir
Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumu və proqnozunu açıqlayıb.
Fhnews.az xəbər verir ki, Rəsədxanadan verilən məlumata görə, Günəşin səthində ləkələrin sayı artıb. Altı ləkə qrupunda 79 ləkə qeyd olunur. Enerjisi 2 MeV-dən çox olan elektron seli normal və orta səviyyədə, 10 MeV-dən çox enerji yüklü proton seli isə fon səviyyəsində olub.
Günəş küləyinin maksimal sürəti 653 kilometr/saniyəyədək artıb. Hazırda Günəş küləyinin sürəti normaldır (360 kilometr/saniyə). Geomaqnit qasırğası baş verməyib.
Proqnoz günlərində (8-14 aprel) C sinif alışmanın baş verməsi ehtimalı 35 faiz, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 5 faiz, X (R3) sinif alışmanın baş verməsi ehtimalı isə 1 faiz təşkil edir.
Günəş küləyinin müsbət qütblü yüksəksürətli tac dəliyi zərrəciklərinin təsiri ilə aprelin 9-10-da sürətlənəcəyi gözlənilir. Müsbət qütblü yüksəksürətli tac dəliyi zərrəciklərinin təsirilə geomaqnit sahəsinin qeyri-sabit və aktiv olacağı gözlənilir. Geomaqnit qasırğası proqnozlaşdırılmır.
Dayanıqlı İnkişaf Məqsədləri və...
Burkina Fasonun nümayəndə heyəti...
Dövlət Gömrük Komitəsi xidmətə qəbul...
Bu gün Ümumdünya Fəlsəfə Günüdür...
Türkiyənin media mənsubları Ədəbiyyat...