Qırğızıstanda güclü küləklə əlaqədar fövqəladə vəziyyət elan edilib
Qırğızıstanın şimal bölgələrinə təsir edən güclü külək nəticəsində 24 nəfər xəsarət alıb. Paytaxt Bişkekdə fövqəladə vəziyyət elan edilib.
Qırğızıstanın Səhiyyə Nazirliyi 24 nəfərin yaralandığını açıqlayıb, Qırğızıstan Fövqəladə Hallar Nazirliyi isə 154 obyekt və çoxsayda binanın zərər gördüyünü bildirib.
Güclü küləyin sürəti saniyədə 28 metrə çatıb. Bəzi ərazilərdə elektrik enerjisi kəsilib, ictimai nəqliyyatın hərəkəti dayandırılıb.
Güclü küləklə əlaqədar Bişkekdə fövqəladə vəziyyət elan olunub.
Çin rabitə texnologiyalarını sınamaq...
Bodrum sahilində zəlzələ olub...
Rusiyanın regionunda meşə yanğınları...
Oğurlanmış Budda heykəli 13 ildən sonra...
Tədqiqat: Qandakı kofein səviyyəsi bədən...