13 may 2025, çərşənbə axşamı Bakı, 20°C
IMG-LOGO

Qərbi Kanadada meşə yanğınları şiddətlənib

13-05-2024
IMG

Bu mövsümdə ilk meşə yanğınları mayın 12-də Qərbi Kanadada təxminən 10 min hektar sahədə yayılıb.

Fhnews.az xarici mediaya istinadla xəbər verir ki, hakimiyyət orqanları Britaniya Kolumbiyasının əhalisinin təxliyəsi əmrini verib və əyalətlərdə havanın pis keyfiyyəti barədə xəbərdarlıq edib.

Kanadanın ən qərb əyaləti olan Britaniya Kolumbiyasında Şimali Qayalı Dağlar regional bələdiyyəsindən və Fort-Nelsonun yerli xalqlarından olan minlərlə sakin təxliyə edilib. Buna səbəb yaxınlıqdakı yanğınların sahəsinin iki dəfə artaraq 4136 hektarı əhatə etməsi olub.

Şimali Qayalı Dağlar regional bələdiyyəsinin meri Rob Freyzer televiziya müsahibəsində Fort-Nelson və onun ətrafında olan 3500 sakindən əksəriyyətinin təxliyə olunduğunu bildirib.

Federal hökumət Kanadanın meşə yanğınlarının yeni fəlakətli mövsümü ilə qarşı-qarşıya olduğu barədə xəbərdarlıq edib. Çünki ölkə ərazisinin böyük hissəsində yaz və yay aylarına nisbətən daha yüksək temperatur proqnozlaşdırılıb. Buna El-Ninyo hadisəsinin hava şəraiti öz təsirini göstərir.

Kanadada bu il qış ölkənin əksər ərazisində ən isti temperatur və qarsız keçib. Bu isə qızmar yayın astanasında davam edən quraqlıq fonunda meşələrdə yanğınların yarana biləcəyi ilə bağlı narahatlıq doğurur.

 

 

 
Paylaş: