Ötən ay 490 minə yaxın sərnişin Bakı metrosundan ödənişsiz istifadə edib
Cari ilin ilk ayında “Bakı Metropoliteni” QSC 17 milyon 252 min 693 sərnişin daşıyıb. Bu, orta statistik hesabla gün ərzində 556 min 538 sərnişin deməkdir.
Fhnews.az xəbər verir ki, “Bakı Metropoliteni” QSC-dən verilən məlumata görə, metropolitenin xidmətindən istifadə edən sərnişinlərin 489 min 761 nəfərini ödənişsiz istifadəçilər təşkil edib.
“Ən çox sərnişin daşınan gün yanvarın 12-si olub – 687 min 779. Yanvarın 14-ü Bakı metrosuna ən az sərnişin daxil olan gündür – 351 min 455. Pandemiyadan əvvəki 2019-cu ilin eyni dövrü ilə yanaşı (7,1 fazi az), ötən ilin yanvar ayı ilə (0,3 fazi az) müqayisədə də metropoliten 2024-cü ilin ilk ayında daha az sərnişin daşıyıb”, - deyə məlumatda bildirilir.
COP29 zolaqlarında yol nişanlarının...
COP29: İsrailin aerokosmik şirkəti...
İstanbulda I Enerji Forumu çərçivəsində...
Nazir Rəşad Nəbiyev İsrailin nəqliyyat...
Prezident Ərdoğan: Bakıda keçirilən...