Omanda daşqın nəticəsində ölənlərin sayı 21-ə çatıb
Oman xəbər agentliyinin ONA-ya istinadən verdiyi məlumata görə, ölkədə bazar günündən bəri davam edən leysan yağış və güclü küləklər səngiyib.
Ölkənin Mahut və Səham əyalətlərində daşqınlar nəticəsində həyatını itirən 2 nəfərin cəsədinin tapıldığı bildirilib. Sel fəlakətində ölənlərin sayının 21-ə yüksəldiyi, itkin düşən iki nəfərin axtarış-xilasetmə işlərinin davam etdiyi bildirilib.
ONA daha əvvəl xəbərlərdə yardım əməliyyatları zamanı polis vertolyotları ilə 1630 vətəndaşın xilas edildiyini, 630 nəfərin təxliyyə edildiyini, 202 axtarış-xilasetmə uçuşu əməliyyatının həyata keçirildiyini açıqlamışdı.
Filippində Kanlaon vulkanı püskürüb...
Egey dənizində 4,9 bal gücündə zəlzələ...
İstanbulda 3,8 bal gücündə zəlzələ baş...
Çin rabitə texnologiyalarını sınamaq...
Bodrum sahilində zəlzələ olub...