22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Növbəti tam Günəş tutulmaları nə vaxt baş verəcək?

09-04-2024

Yaxın zamanların tam Günəş tutulması 2026-cı il avqustun 12-də olacaq.

Fhnews.az “NBC News” saytına istinadla xəbər verir ki, növbəti tutulma Rusiyanı, Qrenlandiyanın şərqini, İslandiyanın qərb sahillərini, İspaniyanı və Portuqaliyanın kiçik bir hissəsini kəsən yol boyunca görünəcək. 2027-ci il avqustun 2-də isə İspaniyada və Şimali Afrikanın bir hissəsində tam Günəş tutulması baş verəcək.

2033-cü il martın 30-na təsadüf edəcək tam tutulma yalnız Alyaska və Rusiyadan görünəcək. 2044-cü il avqust 23-də isə bu təbiət hadisəsini bütünlüklə ABŞ-ın bəzi ərazilərində izləmək mümkün olacaq. Tutulma Montana, Şimali Dakota, Cənubi Dakota ştatlarını, Kanadanın bəzi hissələri və Qrenlandiyanı əhatə edəcək.

Nəhayət, 2045-ci il avqustun 12-də tam Günəş tutulması Kaliforniya, Nevada, Yuta, Kolorado, Nyu-Meksiko, Oklahoma, Kanzas, Texas, Arkanzas, Missuri, Missisipi, Luiziana, Alabama, Corciya və Florida ştatlarını keçərək Karib dənizi üzərində davam edəcək.

Paylaş: