Niyə robotlar heyvanlardan daha sürətli deyil?
Elm adamları onilliklər ərzində müxtəlif araşdırmalar aparsalar da, hələ də heyvanlar qədər işləyə bilən robot dizayn edə bilməyiblər. “Science Robotics” jurnalında dərc edilən araşdırmaya görə, bu məqsədə tezliklə çatmaq mümkün olmaya bilər.
Araşdırma heyvanların robotlara nisbətən daha yaxşı işləməsinin əsas səbəbinin robotlarda istifadə edilən bioloji komponentlər və mexaniki hissələr arasındakı fərqə bağlı olmadığını göstərib.
Alimlərin fikrincə, heyvanlar əzalarını və əzələlərini çox daha ahəngdar istifadə edirlər. Sistemə bütövlükdə baxdığımızda robotlar bu baxımdan hələ də geridədir.Digər tərəfdən, elm adamları heyvanların milyonlarla illik təkamülünü robot texnologiyasının inkişafına sərf olunan vaxtla müqayisə edərkən texnoloji tərəqqinin əslində çox sürətli olduğunu bildiriblər.
Filippində Kanlaon vulkanı püskürüb...
Egey dənizində 4,9 bal gücündə zəlzələ...
İstanbulda 3,8 bal gücündə zəlzələ baş...
Çin rabitə texnologiyalarını sınamaq...
Bodrum sahilində zəlzələ olub...