22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Nigeriyada “Lassa” qızdırmasından ölənlərin sayı 128-ə çatıb

22-03-2024

Nigeriyada bu ilin əvvəlindən bəri “Lassa” qızdırmasından ölənlərin sayı 128 nəfərə yüksəlib.

Fhnews.az  xəbər verir ki, Nigeriya Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzinin (NCDC) son hesabatına görə, yanvar ayından bəri bu virusa yoluxmuş 682 nəfərdən 128-i ölüb.

NCDC bir həftə ərzində 36 əyalətdən 16-da azı 20 ölümcül hadisənin qeydə alındığını bildirib.

Virusa yoluxanlar arasında 31-40 yaş arası insanlar üstünlük təşkil edir.

“Lassa” qızdırması gəmiricilərin sidiyi və ya nəcisi ilə çirklənmiş qida və ya məişət əşyaları vasitəsilə insanlar arasında yayılan xəstəlikdir.

Paylaş: